AZ

“McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi olub

Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başa çatıb.

Yürüşdə 10 komanda mübarizə aparıb. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vurublar.

Ən yaxşı nəticəni “McLaren” komandasının pilotu Lando Norris göstərib. “Red Bull”un sürücüsü Maks Ferstappen ikinci, “McLaren”in digər piloti Oskar Piastri üçüncü olub.

Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə L.Norris, ikinci sərbəst yürüşdə isə “Ferrari”də çıxış edən Luis Hamilton birinci olublar.

Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.

Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
8
azpost.info

2Mənbələr