AZ

Pentaqon jurnalistlərə icazəsiz məlumat toplamağı qadağan edib

Ajans.az xəbər verir ki,bu barədə The Washington Post (WP) nəşri Pentaqon tərəfindən redaksiyalara göndərilən 17 səhifəlik sənədə istinadla məlumat yayıb. Yeni qaydalara əsasən, jurnalistlər dərc edilməmiş və ya məxfi olmayan, lakin hələ ictimaiyyətə açıqlanmamış istənilən məlumatı toplamaq üçün əvvəlcədən komandanlıqdan rəsmi icazə almalıdırlar. Əks halda, onların akkreditasiyası ləğv ediləcək. Sənəddə bildirilir: “Müdafiə Nazirliyi şəffaflığa sadiq qalır və ictimai etimadı qorumağa çalışır. Lakin məlumatlar məxfi olmasa belə, onların yayılması yalnız səlahiyyətli şəxsin təsdiqindən sonra mümkündür.” Məlumata görə, son aylarda ABŞ müdafiə naziri Pit Heqset və komandası informasiya sızmalarından narahatlıq keçirdikləri üçün mətbuata qarşı məhdudiyyətləri sərtləşdiriblər. Yeni sənəd hərbçilərlə jurnalistlər arasında birbaşa əlaqələrin də məhdudlaşdırılmasını nəzərdə tutur. Media qurumlarından Pentaqonda fəaliyyət göstərmək üçün binadakı hərəkətləri məhdudlaşdıran və icazəsiz materialların toplanmasını qadağan edən müqavilələr imzalamaları tələb olunacaq. Bundan əvvəl Pentaqon, mühafizəkar fəal Çarli Kirk barədə şərhlərə görə bir neçə hərbi qulluqçuya qarşı intizam tədbirləri görmüşdü. Bu hadisədən sonra sosial şəbəkələrdə Kirki tənqid edən və ya ələ salan paylaşımlarla bağlı izləmə kampaniyası başladılıb.

 

Seçilən
116
6
Ajans.az

7Mənbələr