AZ

İntiqam Babayev: Mədəniyyət Nazirliyi Xankəndidə keçirilən Şəhər Günündə geniş proqramla iştirak edir

Xankəndi, 20 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu gün ilk dəfə Xankəndi Şəhər Günü qeyd olunur. Bu gün həm də Dövlət Suverenliyi Günüdür. Mədəniyyət Nazirliyi bu tədbirlərdə çox geniş proqramla iştirak edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndidə jurnalistlərə müsahibəsində Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev deyib.

“Hazırda açılışı olan “Qarabağ - Obyektivdən tarixə” adlı fotosərgidə Qarabağın təbii gözəllikləri, tarixi abidələr əks olunur. Düşünürəm ki, sərgi ziyarətçilər üçün çox maraqlı olacaq. Bununla yanaşı, digər tədbirlərimizin də nümayişi baş tutacaq. İnanıram ki, bu ənənə davam edəcək”, - deyə o bildirib.

 

Seçilən
11
2
azertag.az

3Mənbələr