AZ

Avropanın hava limanlarında kiberhücum nəticəsində ciddi gecikmələr qeydə alınıb

Böyük Britaniyanın və Avropanın əsas hava limanları kiberhücumun hədəfinə çevrilib. 

Bakıvaxtı.az “Sky News”a istinadla xəbər verir ki, hücum nəticəsində bir sıra aviaşirkətlər məcburi olaraq reysləri gecikdirib, hətta bəzi uçuşları ləğv edib. Məlumata görə, hücum qeydiyyat və uçuşa buraxılış sistemlərini hədəf alıb və bu səbəbdən əməliyyatlar ciddi şəkildə pozulub. Hitrou, Brüssel və Berlindəki hava limanlarında gecikmələr müşahidə olunub.

Brüssel Hava Limanı 10 reysin ləğv edildiyini, 17 reysin isə bir saatdan çox gecikdiyini açıqlayıb. Rəsmilər problemin nə vaxt aradan qaldırılacağı barədə dəqiq məlumatın olmadığını bildiriblər. Avtomatlaşdırılmış sistemlər işləmədiyi üçün hava limanı əməkdaşları sərnişinlərin qeydiyyatını və uçuşa buraxılış prosedurlarını əl ilə aparmalı olub.

Hitrou hava limanı da üçüncü tərəf təminatçısında yaranmış texniki problem səbəbindən gecikmələr ola biləcəyi barədə xəbərdarlıq edib: “Qeydiyyat və uçuşa buraxılış sistemlərini qlobal miqyasda bir neçə aviaşirkət üçün təmin edən Collins Aerospace texniki nasazlıqla üzləşib və bu, sərnişinlərin uçuşunda gecikmələrə səbəb ola bilər”, - deyə hava limanından verilən açıqlamada bildirilib.

Seçilən
26
5
bakivaxti.az

6Mənbələr