AZ

Moksvaya qarşı birləşdilər: 10 ölkədən açıq elan

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“NATO-nun Polşada həyata keçirdiyi “Şərq keşikçiləri” əməliyyatına hazırda 10 ölkə qoşulub”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.

“Fransa, Böyük Britaniya, ABŞ, Almaniya, Hollandiya, İsveç, Norveç, Çexiya, Portuqaliya və İtaliya pilotsuz uçan aparatların hücumundan sonra Polşaya əlavə yardım elan ediblər ”, – deyə o bildirib.

Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte sentyabrın 12-də “Şərq Mühafizəsi” əməliyyatının başladığını bildirib.

Məlumata görə, əməliyyatın başlanması  sentyabrın 10-na keçən gecə bir neçə pilotsuz təyyarənin Polşaya daxil olması ilə bağlıdır. Varşava rəsmiləri insidentdə Rusiyanı günahlandırsalar da, hələ də sübut təqdim etməyiblər.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
globalinfo.az

2Mənbələr