AZ

Mirko Vuçiniç Monteneqro millisinə baş məşqçi təyin edildi

"Yuventus" və "Roma"nın sabiq hücumçusu Mirko Vuçiniç Monteneqro milli komandasının baş məşqçisi vəzifəsinə gətirilib.

İdman.biz xəbər verir ki, Monteneqro Futbol Assosiasiyasının rəsmi saytı bu barədə açıqlama yayıb.

Vuçiniç ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 41 yaşlı Vuçiniç 2007-2017-ci illərdə Monteneqro milli komandasının şərəfini qoruyub, 46 oyunda iştirak edib və 17 qol vuraraq millinin ən çox qol vuran ikinci futbolçusu olub. O, həmçinin "Leççe", "Roma" və "Yuventus" kimi klublarda da çıxış edib.

İdman.biz

Məqalədə:
Seçilən
8
2
idman.biz

3Mənbələr