AZ

Məşhur aktyor saxta polis oldu-avtomobil qaçırdı

Ajans.az xəbər verir ki,məhkəmə prosesləri davam edən aktyor ittihamları rədd edir və günahsız olduğunu bildirir. “Hudutsuz Sevda”, “Sipahi”, “Komutan” kimi populyar seriallardakı rolları ilə tanınan Emre Bulut hazırda ciddi hüquqi ittihamlarla üz-üzədir. “Sabah” qəzetinin məlumatına görə, Tokat Respublika Prokurorluğu aktyoru “etimaddan sui-istifadə” və “saxta vəsiqədən istifadə” maddələri ilə ittiham edib. “Komissaram” deyib maşını götürüb, geri qaytarmayıb İddiaya görə, Emre Bulut təxminən 15 ildir tanıdığı xəstəxana işçisi A.U.-dan avtomobilini borc alaraq polis komissarı olduğunu bildirib və saxta polis nişanı təqdim edib. Maşını birgünlük istədiyini deyən aktyor onu vəd edilən vaxtda geri qaytarmayıb. A.U. dəfələrlə zəng etsə də, Bulut telefona cavab verməyib. Bu səbəbdən zərərçəkmiş polisə müraciət edərək aktyor barəsində cinayət işi açdırıb. Həbs olundu, sonra sərbəst buraxıldı Tokat Respublika Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında Emre Bulut üçün 6 aydan 2 ilədək həbs cəzası tələb olunub. Onun barəsində həbs qərarı çıxarılıb və o, nəzarətə götürülərək İstanbul 1-ci Asliye Cəza Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmədə ifadə verən Emre Bulut ittihamları rədd edib: "Bir gün maşına ehtiyacım oldu, A.U.-dan istədim, verdi. Axşam saatlarında zəng edib geri istədi, amma mən şəhərdən kənarda idim. Səhəri gün maşını qaytardım. Mən heç vaxt deməmişəm ki, polis komissarıyam. Onsuz da aktyoram, məni hər kəs tanıyır." Saxta polis nişanı ilə bağlı suala aktyorun cavabı iclasda təəccüb doğurub: “Aktyor olduğum üçün məndə bu nişan var.” Həm zərərçəkmiş A.U., həm də məhkəmə iştirakçıları bu cavabı "heyrətlə qarşılayıblar." Emre Bulut bəraət istəyib və günahsız olduğunu israrla bildirib. Məhkəmə Emre Bulutun azadlığa buraxılmasına qərar verib və proses təxirə salınıb.

 

Seçilən
51
Ajans.az

1Mənbələr