AZ

Bakıda Formula-1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş start götürdü

Bu gün Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşünə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, yarışda 10 komanda mübarizə aparır. Pilotlar bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.

Xatırladaq ki, ötən gün təşkil olunan birinci sərbəst yürüşdə “MakLaren” komandasının pilotu Lando Norris, ikinci sərbəst yürüşdə isə “Ferrari” komandasının sürücüsü Luis Hamilton ən yaxşı nəticə göstəriblər.

Bu gün həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı, saat 16:00-da isə Formula-1 üzrə sıralama turu keçiriləcək.

Azərbaycan Qran-Prisi sentyabrın 21-də başa çatacaq.

Seçilən
8
4
90deqiqe.az

10Mənbələr