AZ

Keçmiş MTN şefi: “Simonyanın səfəri iki ölkə arasında əməkdaşlığının əsasını qoya bilər”

ain.az, Tribuna portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, dünəndən etibarən Bakıda “Beynəlxalq Təhlükəsizlik Konfransı” start götürüb.

Tribunainfo.az xəbər verir ki, bu önəmli tədbirə Ermənistandan da nümayəndə qatılıb.

Belə ki, Ermənistan MTN-in direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib. Onlar sentyabrın 21-nə kimi, keçiriləcək tədbirdə iştirak edəcəklər.

Simonyanın bu səfəri Ermənistanda ciddi müzakirələrə səbəb olub. Xüsusən də revanşistlər bu hadisəni “vətənə xəyanət” kimi təqdim ediblər. Onlar iddia edirlər ki, guya, bu, Azərbaycan və Türkiyənin Ermənistana verdiyi tapşırığın nəticəsidir.

Lakin məsələyə müsbət konteksdə yanaşanlar da var. Tribunainfo.az xəbər verir ki, Ermənistan MTN-in sabiq rəhbəri Mikael Hambardzumyan hesab edir ki, Simonyanın Bakıdakı tədbirə qatılmasında qeyri-adi bir şey yoxdur. O qeyd edib ki, Ermənistan tərəfinin belə beynəlxalq tədbirlərdə iştirakı normal haldır.

Onun sözlərinə görə, bu görüş Ermənistan və Azərbaycan xüsusi xidmət orqanlarının müxtəlif təhlükəsizlik sahələrində əməkdaşlığının əsasını qoya bilər. “Səfər bu yeni dövr üçün xarakterik olan növbəti hadisədir, buna hakimiyyətin yürütdüyü siyasət kontekstində baxmaq lazımdır”.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
tribunainfo.az

2Mənbələr