AZ

"Qarabağ" hamımıza həyat dərsi keçdi" - Türkiyəli şərhçi

style='margin-bottom:10px;'>

"Qarabağ" Türkiyənin futbol klublarına futbol dərsi verir. Hamımıza həyat dərsi keçirlər. Həyat bir öyrənmə prosesidir. "Qarabağ"da əməyi keçən hər kəsdən çox şey öyrənirəm. Hər birinə təşəkkür edirəm".

QOL.az xəbər verir ki, bu sözləri "Haber Global" telekanalının tanınmış şərhçisi Fatih Demirkol deyib.

O, "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Benfika" üzərindəki əzmkar qələbəsindən (3:2) danışıb.

F.Demirkol Ağdam təmsilçisinin mübarizənin rəmzinə çevrildiyini söyləyib: "Bu, "Qarabağ" üçün ilk deyil. "Qarabağ" həmişə mübarizənin rəmzi olub. 1992-1993-cü illərdə ermənilər qətliam etdilər və "Qarabağ"ı öz şəhərindən sürgün etdilər. "Qarabağ" bütün məhdudiyyətlərə baxmayaraq, Bakıda küllərindən doğuldu. Düşdüyü yerdən ayağa qalxdı. Bütün problemlərə baxmayaraq, meydan oxudu. Geriyə addım atmadı, həmişə irəliyə doğru getdilər, böyüdü. Qurban Qurbanov kluba başqa bir baxış tərzi gətirdi. Bu gün Çempionlar Liqasındakı ilk qalibiyyətlərini qazandılar. 0:2 geriyə düşdülər, amma "yox, bu iş belə bitə bilməz" dedilər. 1992-ci ildə şəhid olan baş məşqçiləri, Ağdamın əfsanəsi Allahverdi Bağırovu andılar. "Benfika" ilə oyun həyat dərsi idi. Hamımıza əlimizdəki imkanlar nə olursa-olsun, işlər nə qədər pis gedərsə-getsin, mübarizə aparacaqsınız və qazanacaqsınız mesajını verdlər. Halal olsun!"

Seçilən
5
2
teleqraf.com

3Mənbələr