AZ

Volkan Dəmirəldən ''Qalatasaray''ın ulduzu ilə bağlı diqqətçəkən açıqlama

''Qalatasaray''ın bu yay heyətinə qatdığı önəmli isimlərdən olan Leroy Sane hələ ki, Türkiyə futboluna və yeni mühitə uyğunlaşmayıb.

"Football-plus.az" xəbər verir ki, ''Eyüpspor''a qarşı son oyunda almaniyalı ulduz 70-ci dəqiqədə hesab 0:0 olarkən əvəzləndi. Komanda yalnız bundan sonra özünə lazım olan qolları vura bildi.

Bu arada Volkan Dəmirəl Sane ilə bağlı diqqətçəkən acıqlamalar verib. Futbolçu kimi uzun illər ''Fənərbaxça''nın qapısını qorumuş və klubun əfsanəsi sayılan Dəmirəl indi məşqçi kimi çalışır. Amma hazırda o, işsizdi. ''Fatih Karagümrük'', ''Hatayspor'' və ''Bodrum''da işləmiş Dəmirəl bunları deyib:
''Məncə, Sane bizim çempionata uyğun futbolçu deyil. O, topla oynamağı sevən futbolçudu. Bizdə isə müdafiəçilər belə oyunçulara rahat hərəkət etməyə imkan vermirlər. Sane düşünür ki, topu ələ keçirdikdən sonra irəliləyərək istədiklərini edə biləcək. Ya da boş zona tapacaq. Amma bizdə rəqib oyunçunun üzərinə iki müdafiəçi birdən gedir. Onlar sənə nə göz açmağa imkan, nə də boş zona verir. Məsələn, mən sol müdafiəçi olsam və qarşımda Sane oynasa, ona ilk növbədə boş zona verməməyə çalışaram. Ona qarşı bir qədər sərt oyandıqda Sane özünü itirir. Məncə, bir qədər yumuşaq futbolçudu. Bəlkə də fiziki cəhətdən tam olaraq öz səviyyəsində deyil. Sane yalnız qarşısında boş zona olduqda nəsə edə bilər. Başqa cür fayda verməsi çətin görünür''.
Seçilən
14
1
football-plus.az

2Mənbələr