AZ

Azərbaycanda məktəblər distant təhsilə keçə bilər – Qərar gözlənilir

Yeni tədris ilinin başlaması ilə Bakı şəhərində ciddi izdiham yaşanır. Qeyd olunur ki, məktəb və universitetlərin açılması ictimai nəqliyyat vasitələrinin sayının artmasına, paytaxtda böhran vəziyyətin yaranmasına, nəticədə şikayətlərə səbəb olur. Bu fonda bəzi təhsil müəssisələrinin növbəli qaydada distant (onlayn) rejimə keçirilməsi təklif edilir. Ekspertlər hesab edirlər ki, bu addım mövcud durumun qismən də olsa, düzəlməsinə şərait yarada bilər.

Bu təklif nə dərəcədə real görünür? Paytaxtdakı sıxlığı hansı üsullarla azaltmaq olar?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Fazil Mustafadeyib ki, universitetlərin başqa yerlərə köçürülməsi və bəzi təhsil müəssisələrinin onlayn rejimə keçirilməsi təklifləri optimal həll yollarından biridir:

"Bu, vətəndaşların vəziyyətini yüngülləşdirə bilər. Əslində belə problemlərin həlli çətin deyil. Yəni ixtisaslı mütəxəssislərin sıxlıq və tıxacların aradan qaldırılması üçün doğru yolları göstərməsi mümkündür. Hazırda isə bu üsullara kifayət qədər üstünlük verilmir, nəticədə vətəndaşlar tıxacda narahatlıq yaşayır. İnsanlara mövzunu müzakirə edərək mütəxəssislərin rəylərini öyrənməyə imkan yaradılmalı, rəylər əsasında nöqsanlar aradan qaldırılmalıdır".

fazil

Fazil Mustafa

Deputat qeyd edib ki, günün böyük qismi tıxaca sərf olunur:

"Saatlarla yolda qalmaq, bir məntəqədən digərinə uzun müddət ərzində getmək və sair həm vətəndaşlara çətinlik yaradır, həm də iqtisadiyyatımıza mənfi təsir göstərir. Bu səbəbdən məsələ ciddi şəkildə nəzərdən keçirilməli və konkret addımlar atılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
2
olaylar.az

3Mənbələr