AZ

Post-münaqişə dövründən sonra Azərbaycan dünyanın müxtəlif ölkələrinin maraq dairəsindədir



Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Ruanda Respublikasının Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıb. Ruanda prezidentin Bakı səfəri bir neçə baxımından əhəmiyyətlidir.

İlk növbədə son zamanlarda rəsmi Kiqali Mərkəzi Afrika regionunda açar dövlət olmaq yolunda mübarizə aparır. Ruanda olduqca əlverişli strateji mövqedə yerləşir və bundan öz gücünü artırmaq üçün istifadə etmək niyyətindədir. Azərbaycanın Cənubi Qafqaz regionunda oynadığı rol Ruanda üçün nümunə təşkil edir. Eyni zamanda Qoşulmama Hərəkəti çərçivəsində əməkdaşlıqdır. Azərbaycan bu təşkilata rəhbərlik etdiyi dövr xüsusi yadda qalan dövr kimi xarakterizə edilir. Ruanda da qlobal ədalət, inkişaf və suverenlik kimi məsələlərdə Azərbaycanla eyni platformada çıxış edir. Həmçinin nəzərə alaq ki, Afrika liderləri son zamanlar öz ölkələrinə investisiya cəlb etmək üçün bir - biri ilə yarışır. Ruandanın enerji sahəsində bir çox boşluqları var. SOCAR bu ölkəyə əhəmiyyətli dərəcə də investisiya yatıra bilər.

Afrika ölkələri Azərbaycan üçün mühüm bazardır. Bundan başqa SOCAR və AzərGold kimi Azərbaycanın dövlət şirkətləri Qərb və Rusiyanın müvafiq şirkətləri ilə kimi bölgədə mineral yataqların istismarında iştirak edə bilər. Ruanda kimi nisbətən balaca ölkələr bu məsələlərdə imperial maraqları olan Qərb və Rusiya kimi ölkələrdənsə Azərbaycana daha çox maraq göstərirlər. İki ölkə arasında eyni zamanda ticarət - loqistika sahəsində də əməkdaşlıq mümkündür. Azərbaycan Asiya ilə Avropa arasında tranzit ölkədir, Ruanda isə Şərqi Afrikada logistik mərkəz rolunu oynaya bilər. Bu əməkdaşlıq Afrika bazarına çıxış imkanları baxımından önəmlidir.

Ruanda Qoşulmama Hərakatının üzvü kimi Azərbaycanı bir çox platformada dəstəkləyib. Bu əməkdaşlığın daha da gücləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Bakı və Kiqali diplomatik müstəvidə davamlı olaraq bir - birini dəstəkləmək barədə razılığa gələ bilərlər. İki ölkənin arasında ən mühüm əməkdaşlıq təhsil sahəsində ola bilər. Azərbaycan ali təhsil müəsslərində daha çox Ruandalı tələbənin təhsil alması və bu tələbələr üçün xüsusi təqaüd proqramı da nəzərdə tutula bilər. Ruandanın "Afrikanın texnoloji paytaxtı" kimi tanınmaq istəyini nəzərə alaraq iki ölkə arasında texnoloji - innovativ sahədə də əməkdaşlıq mümkündür. Azərbaycan da son illər bu sahəyə böyük sərmayə qoyur. Startap və texnologiya mübadiləsi mümkün ola bilər. Eyni zamanda ASAN Xidmət modelinin Ruanda tərəfindən tətbiqi ilə bağlı da razılıq əldə edilə bilər. Post - münaqişə dövründən sonra Azərbaycan dünyanın müxtəlif ölkələrinin maraq dairəsindədir. Bu baxımından fərqli regionlardan tez - tez bu cür səfərlərin olması və əməkdaşlıq memorandumlarının imzalanması gözləniləndir.

Zeynal Əmrəliyev, politoloq
Seçilən
35
newscenter.az

1Mənbələr