AZ

"Çelsi"nin futbolçusundan şok qərar - başqa idman növünə keçir

"Çelsi"nin futbolçusu Mixail Mudrik karyerası ilə bağlı gözlənilməz qərar verib.

Sportal.az xəbər verir ki, ukraynalı vinger futboldan uzaqlaşıb yüngün atletikaya keçməyə hazırlaşır. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Mudrik artıq ölkəsində keçmiş atletlərlə birlikdə məşqlərə başlayıb. 24 yaşlı oyunçunun hədəfi 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarında Ukraynanı təmsil etməkdir.

Qeyd edək ki, "Çelsi" Mixail Mudriki 2023-cü ilin yanvar ayında "Şaxtyor"dan 70 milyon avroya transfer edib. Futbolçunun ötən il verdiyi dopinq testinin cavabı müsbət çıxıb. Ona 4 illik futboldan uzaqlaşdırma cəzasının veriləcəyi gözlənilir.

saytlarin hazirlanmasi

Seçilən
30
1
sportal.az

2Mənbələr