AZ

Paşinyan: Ermənistanla Azərbaycan arasında indiki kimi sülh dövrü olmayıb

Müstəqilliyini elan edəndən bəri Ermənistan heç vaxt indiki kimi uzunmüddətli sülh dövrünü yaşamayıb.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” Partiyasının qurultayında deyib.

O qeyd edib ki, artıq 1 il 7 aydır ki, Azərbaycanla sərhəddə bir nəfər də olsun hərbçi ölüb və yaralanmayıb.

"Bu sülhdür və bizim məqsədimiz bu bir il yeddi ayın 2, 3, 5, 50, 100 ilə çevrilməsini və Ermənistanın bütün sərhədlərinə şamil olunmasını təmin etməkdir", - Paşinyan əlavə edib.

“Sülh bəyannaməsi imzalanıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb", - Paşinyan əlavə edib.

Seçilən
16
publika.az

1Mənbələr