AZ

Kirklə vida mərasiminin keçiriləcəyi stadionda silahlı şəxs saxlanılıb

ABŞ Gizli Xidməti sentyabrın 21-də amerikalı fəal Çarli Kirklə vida mərasiminin keçiriləcəyi "State Farm Stadium"da silahlı şəxs saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılan şəxsin üzərində tapança və bıçaq olub.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı olan Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxışı zamanı sui-qəsdə uğrayıb. O kritik vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin tezliklə vəfat edib.

İlkin məlumatlara görə, güllə kampus binalarından birinin damından təxminən 180-200 metr məsafədən atılıb. Kirk ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, qısa müddət sonra dünyasını dəyişib.

Sentyabrın 12-də Yuta ştatının qubernatoru Spenser Koks qətldə şübhəli bilinən şəxs Tayler Ceyms Robinsonun saxlanıldığını bildirib.

Seçilən
19
2
bakivaxti.az

3Mənbələr