AZ

Xəzər dənizi ilə bağlı TƏHLÜKƏ– Ən güclü fırtınalar bu ərazidə baş verir

Dənizçilər arasında belə bir deyim var: “Xəzərin fırtınalarında gəmidə olmayanlar özlərinə dənizçi deməsinlər”. Xəzər dənizi xüsusilə qış aylarında öz fırtınaları və onların yaratdığı qasırğaları ilə məşhurdur. Son dövrlər iqlim dəyişiklikləri ilə əlaqədar Xəzərin suyunda çəkilmələr olsa da, dəniz yenə də “çılğınlığından” qalmır. Zəlzələlər, tornadolar... ard-arda özündən danışdırır.

Bəs iqlim dəyişiklikləri nəticəsində qeyri-xarakterik təbiət hadisələrinə məruz qalan Xəzərdə başqa nə təhlükələr ola bilər?
 

MÖVZU İLƏ BAĞLI:

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ


Məsələylə əlaqədar ekoloq Cavid Hüseynov Bizim.Media-ya bildirdi ki, iqlim dəyişmələrinin tornadoların təkrarlanma dinamikasına nə dərəcədə təsir göstərməsi tam tədqiq edilməyib. Zəlzələlərin isə əsas səbəbi geoloji və tektonik proseslərin aktivləşməsidir:


“Bu proseslərin yaranması daha çox Yerin daxili temperaturunun dəyişməsi ilə bağlıdır. Tektonik nəzəriyyəyə görə, zəlzələ o zaman baş verir ki, süxur kütlələrində deformasiyalar o həddə yığılır ki, nəticədə yaranan gərginliklər süxurların möhkəmliyindən artıq olur və qəfil çatlamalar yaranır”.

Maraqlıdır, indiyədək Xəzərdə ən böyük dalğa neçə metr olub? Ən güclü qasırğa nə zaman qeydə alınıb?

Ekoloq diqqətə çatdırdı ki, Xəzər dənizi üzərində güclü külək və fırtınalara ilin təqribən 250 günü rast gəlmək mümkündür. Bu küləklər nəticəsində də dəniz səthi hərəkətə gəlir və güclü dalğalanma yaranır. Yayda əsasən şimal, şimal-şərq və şərq küləkləri, qışda isə şimal, şimal-qərb və qərb küləkləri üstünlük təşkil edir.

365 günün 250-də Xəzərdə fırtınalar olur

Abşeron yarımadası yaxınlığında və Krasnovodsk şəhərinin cənubunda küləyin sürəti iyul-avqust aylarında 40 m/san-yə çatır. Xəzər dənizində qasırğaların orta illik təkrarlanma müddəti 24-32 gündür. Xəzərin ən az külək müşahidə olunan yeri İran və Dağıstan sahilləridir ki, bu da orada hündür dağların olması ilə əlaqədardır.

Xəzərin şahə qalxdığı gün...

Xəzər dənizində güclü dalğalanma, xüsusilə payız və qış aylarında əsən güclü şimal (şimal, şimal-şərq və şimal-qərb) və cənub (cənub, cənub-şərq, cənub-qərb) istiqamətli küləklər zamanı yaranır.

Ən hündür dalğalar Orta Xəzərlə sərhəd ərazilərdə müşahidə edilir. Şimal-qərb istiqamətli küləklər zamanı intensiv dalğalanma Abşeron yarmadasında, şimal küləkləri zamanı isə ondan da şimala doğru ərazilərdə daha çox müşahidə edilir.


Son on ilin müşahidələrinə əsasən orta illik dalğa hündürlüyü 1.6-1.8 m aralığında olub. 2015-ci il dekabrın 4-də güclü şimal-qərb küləyi nəticəsində Xəzərdə indiyədək ən güclü dalğa – 8.5 m-lik hündürlükdə qeydə alınıb.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
33
2
bizim.media

3Mənbələr