AZ

BOK-dan Rusiya yığması ilə bağlı mühüm qərar

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Paris Olimpiadasında olduğu kimi rusiyalı idmançıların 2026-cı il Olimpiya Oyunlarına bitərəf kimi qəbul edilməsi siyasətini davam etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə BOK prezidenti Kirsti Koventri mətbuat konfransında bildirib.

Buna görə də Rusiya idmançıları komanda yarışlarında iştirak edə bilməyəcəklər. Əvvəllər Beynəlxalq Buzüstü Xokkey Federasiyası (IIHF) 2026-cı il Olimpiya Oyunlarında kişi və qadın turnirləri üçün qrupları təsdiqləsə də, Rusiya komandaları ora daxil edilməyib. IIHF yekun qərarın BOK tərəfindən veriləcəyini vurğulayıb.

Seçilən
27
publika.az

1Mənbələr