AZ

ABŞ Donbas üçün Baltik ssenarisini proqnozlaşdırır

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Rusiyanın artıq Donbasın böyük hissəsini işğal etməsi reallığı ilə barışmalı olacaq, lakin bu, həmin ərazilər üzərində Rusiyanın suverenliyinin hüquqi tanınması demək deyil.

Axar.az xəbər verir ki, bu barədə “Teleqraf”a müsahibəsində ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

O vurğulayıb ki, Tramp Ukrayna torpaqları ilə alver etmir və ərazi məsələlərində son söz Kiyevə məxsusdur. Lakin Kelloq Kiyevi realist olmağa çağırıb.

“Donetsk vilayəti 65% işğal olunub. Luqansk – 98%. Siz bu reallığı qəbul etməlisiniz. De-fakto – de-yure demək deyil”, – Trampın xüsusi nümayəndəsi bildirib.

Bu kontekstdə o, 1940-cı ildə SSRİ tərəfindən işğal olunmuş üç Baltikyanı ölkənin nümunəsini gətirib:

"ABŞ həmin dövlətləri hüquqi baxımdan SSRİ-nin tərkib hissəsi kimi tanımadı, lakin de-fakto onlar SSRİ-nin bir hissəsi idilər. Burada da eyni haldır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
axar.az

10Mənbələr