AZ

Tramp: Rusiyanın Estoniya hava məkanına müdaxiləsi böyük problem olacaq

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Estoniyanın hava məkanına müdaxiləsi ilə bağlı xəbərdar olduğunu deyib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə o, Ağ evdə jurnalistlərə açıqlayıb. Prezident tezliklə milli təhlükəsizlik üzrə köməkçiləri tərəfindən məlumatlandırılacağını bildirib.

“Bunun baş verməsi xoşuma gəlmir. Bu böyük problem ola bilər. Təxminən bir saatdan sonra mənə məlumat verəcəklər",- deyə Tramp əlavə edib.

Qeyd edək ki, Estoniya Xarici İşlər Nazirliyi üç rus qırıcı təyyarəsinin icazəsiz hava məkanına daxil olması və orada 12 dəqiqə qalmasına etiraz olaraq Rusiya səfirini XİN-ə çağırıb.

Seçilən
0
3
xezerxeber.az

4Mənbələr