AZ

Qonağ getdiyi evdə keçmiş həyat yoldaşını qanına qəltan etdi

News24 saytından alınan məlumata görə, ain.az bildirir.

Həştərxan vilayətində 32 yaşlı qadın keçmiş həyat yoldaşına  ağır xəsarət yetirməkdə ittiham olunur. 

News24.az xəbər verir ki, bu barədə vilayət polisinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Xarabalinski rayonunda baş verib. Məlumata görə, qadın 30 yaşlı keçmiş sevgilisinin evinə qonaq gedib. Onlar birlikdə içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb. 

Münaqişə zamanı qadın çəngəllə kişinin qarnına zərbə vurub. Daha sonra baş verənləri anlayan qadın təcili tibbi yardım çağırıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Silah qismində istifadə edilən əşya ilə qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb.

Aqil

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
news24.az

2Mənbələr