AZ

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər oturmağa yer yoxdur VİDEO

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şagirdlər çox, sinif otağı balaca... Oturmağa yer olmadığından bəzi şagirdlər dərsdə ayaq üstə qalıb...

Görüntülər "Xəzər Xəbər"in vatsap qaynar xəttinə Şəmkir rayonunun Qaracəmirli kənd sakinləri tərəfindən göndərilib. Sakinlər deyirlər ki, yeni tədris ilindən 1 nömrəli məktəbdə aparılan sinif bölgüsü vəziyyəti bu həddə çatdırıb. Şagirdlərin sayı sinifdəki yerləri az qala 2 dəfə üstələyir.

Valideynlərin iddiasına görə, problemin yaranmasının digər səbəbi isə məktəbdə 2 növbəli tədris sisteminin ləğv edilməsidir.

Onlar deyirlər ki, yaranmış vəziyyətlə Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət ediblər, ancaq nəticəsi olmayıb. Sözügedən İdarədən isə "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılır. Yekun qərar araşdırmanın nərticəsinə uyğun olaraq ictimaiyyətə təqdim ediləcək. Həmçinin qeyd edildi ki, şagirdlərin siniflərə yerləşdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təşkil edilir. Bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya otağın ölçüsü tədrisə imkan vermədikdə, ikinci paralel sinif təşkil edilir.

Daha ətraflı videomaterialı təqdim edirik.Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
7
news.milli.az

10Mənbələr