İstanbul boğazında iki gəmi toqquşub.
Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, Beşiktaş-Üsküdar marşrutu üzrə hərəkət edən sərnişin bərəsi ilə panama bayraqlı yük gəmisi toqquşub.
Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Olay yerinə Sahil Mühafizəsi və Sahil Təhlükəsizliyi qrupları cəlb edilib.