AZ

Sadəcə alüminium folqa ilə qaz xərcləriniz yarıbayarı azalacaq

Qış yaxınlaşır və artıq yüksək qaz qəbzləri insanları narahat etməyə başlayıb. Amma mütəxəssislərə görə, evdə tətbiq edilə bilən sadə bir üsulla qəbzləri 30–50% azaltmaq mümkündür. Bunun üçün sadəcə peteklərin arxasına alüminium folqa yerləşdirmək kifayətdir.

İstiliyi otağa geri qaytarır

"Bakuinfo" xəbər verir ki, petek arxasına qoyulan alüminium folqa divarlardan istilik itkisini azaldaraq onu otağa geri əks etdirir. Beləliklə, otaqlar daha tez və daha səmərəli isinmiş olur. Ölçümlərə əsasən, bu üsul enerjiyə 30–50% qənaət təmin edə bilir.

Sadə, amma çox təsirli üsul

Alüminium folqa həm ucuz, həm də hər evdə olan bir vasitədir. Onu divar boyunca petek arxasına yerləşdirmək kifayətdir. Bu kiçik addım həm istilik itkisini azaldır, həm də kombinin daha az işləməsini təmin edir.

Əlavə qənaət üçün digər üsullar

Mütəxəssislər bildirirlər ki, folqa ilə yanaşı bu sadə tədbirlər də xərcləri azalda bilər:

Yalıtım və pəncərə yoxlanışı: Boşluqları bağlamaq, qalın pərdə istifadə etmək.

Kombini sabit temperaturda saxlamaq: Tez-tez açıb bağlamaqdansa, aşağı dərəcədə davamlı işlətmək.

Peteklərin təmizliyi və baxımı: Havanı boşaltmaq, önünü mebel ilə bağlamamaq.

Otaq termostatı istifadə etmək: Kombini lazımsız işlətmədən evdə sabit istilik saxlamaq.

Enerji səmərəliliyi üzrə mütəxəssis Dr. Alan Hyuz qeyd edib: “Sadə bir alüminium folqa üsulu ilə belə, qaz sərfiyyatında 50%-ə qədər azalma mümkündür. Kiçik tədbirlər həm cibinizi qoruyur, həm də evdə daha rahat istilik yaradır.”

Seçilən
6
bakuinfo.net

1Mənbələr