AZ

Bakının mərkəzi hissələrinə avtomobillə giriş ödənişli olacaq?

Yeni fərmanla şəhərin mərkəzinə (zona 3 ay ərzində müəyyən olunacaq) avtomobillə giriş ödənişli olacaq. Ödədiyiniz pul "Ictimai Nəqliyyat Fondu"na köçürüləcək. Həmin Fonddan isə ictimai nəqliyyat subsidiya alacaq.

Operativ Media xəbər verir ki, bu barədə aparıcı Dj Tural sosial media hesabında bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etməlidir.

Seçilən
6
operativmedia.az

1Mənbələr