AZ

“Liverpul” Robertsonla müqaviləni uzada bilər

“Liverpul” 31 yaşlı sol cinah müdafiəçisi Endryu Robertsonla yeni müqavilə imzalamağı müzakirə edir.

 90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, klub rəhbərliyi Miloş Kerkesin çıxışının gözlənilən səviyyədə olmamasından sonra Robertsonla müqavilənin uzadılması variantını nəzərdən keçirməyə başlayıb.

Hazırkı sözləşmənin müddəti 2026-cı ilin yayında başa çatır.

Şotlandiyalı futbolçu 2017-ci ilin yayından “Liverpul”un heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 346 matça çıxıb, 12 qol vurub və 67 məhsuldar ötürmə edib.

Transfermarkt portalının məlumatına əsasən, Robertsonun hazırkı bazar dəyəri 18 milyon avro təşkil edir.

Seçilən
5
90deqiqe.az

1Mənbələr