AZ

Kreml Trampın Putini tənqid etməsinə cavab verib

“ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün səylərini davam etdirir, ona görə də onun emosional çıxışı başa düşüləndir”. 

Busaat.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Ağ Ev rəhbərinin Vladimir Putinin “onu aşağı salması” ilə bağlı fikirlərinə cavab olaraq bildirib.

“Biz güman edirik ki, ABŞ administrasiyası və prezident Tramp şəxsən öz siyasi iradəsini və Ukraynada nizamlanmanın asanlaşdırılması üçün səylərini davam etdirmək niyyətini qoruyub saxlayır. Ona görə də, əlbəttə ki, prezident Tramp bu məsələdə kifayət qədər emosionaldır. Bu, tamamilə başa düşüləndir”, – deyə Kreml sözçüsü bildirib.

Yeganə

Seçilən
25
busaat.az

1Mənbələr