ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bayraq meydanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında paylaşım edib. Hərəkətdə olan 53 nömrəli iki avtobus toqquşub. Zərbədən avtobusun şüşələri sınaraq içərisinə və yola tökülüb. Xəsarət alanlarla bağlı dəqiq məlumat yoxdur. Qəzadan sonra ərazidə sıxlıq yaranıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.