ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nepalın hüquq-mühafizə orqanları ötən həftə baş verən kütləvi iğtişaşlar fonunda həbsxanalardan qaçan 5495 məhbusu saxlayıb.
Oxu.Az "Nepal News"a istinadən xəbər verir ki, 8800-dən çox qaçaq məhbus hələ də azadlıqdadır.
Məlumata görə, Nepalın müxtəlif şəhərlərindəki 27 penitensiar müəssisədən ümumilikdə 13600-ə yaxın insan qaçıb.
İğtişaşlardan əvvəl ölkədə məhbusların sayı 29 mindən çox olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.