AZ

Kəlbəcər DOST məntəqəsi vətəndaşların xidmətindədir - FOTO

Kəlbəcər rayonunda qurulan DOST məntəqəsi doğma yurdlarına qayıdan sakinlərin xidmətindədir.

Qaziler.az bu barədə nazirliyin saytına istinadla xəbər verir.

DOST məntəqəsi vətəndaşlara “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər əsasında dövlət sosial xidmətlərinə rahat çıxış əldə etməyə imkan verir.

Burada əmək və sosial müdafiə sahələrində xidmətlərlə yanaşı, sakinlərin məşğulluq imkanlarının artırılması, kiçik və orta biznesin dəstəklənməsi üçün xidmətlər də təqdim edilir.

Qeyd edək ki, məntəqə DOST şəbəkəsinin Qarabağ və Şərqi Zəngəzur boyu genişlənməsi prosesində növbəti uğurlu addım olmaqla bölgədə sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsində önəmli rol oynayır.

Seçilən
9
5
qaziler.az

6Mənbələr