AZ

Xankəndidə bayraq, Qarabağda sülh: 2023-cü ilin tarixi əməliyyatı

Bakı. Trend:

Azərbaycan Respublikasının 2023-cü il 19 sentyabr tarixindəhəyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri təkcə hərbiəməliyyat kimi deyil, həm də dövlətin suveren hüquqlarının icrası,beynəlxalq hüquqa və üçtərəfli razılaşmalara əsaslanan siyasi vətəhlükəsizlik qərarı kimi qiymətləndirilməlidir.

Belə ki, antiterror tədbirləri başlamazdan əvvəl Ermənistanın vəQarabağ bölgəsindəki separatçı qüvvələrin bir neçə istiqamətdəsistemli və məqsədyönlü təxribatları qeydə alınmışdı. Bunlara misalErmənistan tərəfindən erməni silahlı qüvvələrinin AzərbaycanınQarabağ bölgəsində qanunsuz yerləşdirilməsi, mövqelərimizin tez-tezatəşə tutulması, separatçı rejimin davamlı olaraq “müstəqillik”iddiaları ilə çıxış etməsi və “parlament seçkiləri” keçirməsi,konstitusiya və hüquqi sistemini tanımamaqla dövlət suverenliyinəaçıq təhdid yaratmalarını göstərmək olar.

Bütün bunlar regionda sülh və təhlükəsizlik üçün ciddi təhlükəyəçevrilmişdi. Təxribatların davam etməsi artıq yalnız lokalinsidentlər deyil, bölgədə sabitliyi tam pozacaq risklərə yolaçırdı. Belə bir şəraitdə dövlətin cavab tədbirləri qaçılmazidi.

Azərbaycan, Rusiya və Ermənistanın 2020-ci il 10 noyabr tarixindəimzalanmış Üçtərəfli Bəyanat bölgədə hərbi əməliyyatlarındayandırılması və yeni təhlükəsizlik arxitekturasınınformalaşdırılması üçün hüquqi baza rolunu oynayırdı. Bəyanatın əsasmüddəalarından biri – erməni silahlı birləşmələrinin bölgədənçıxarılması – 3 il ərzində icra olunmadı. Əksinə, həmin qüvvələrinsayının artırıldığı, yeni silahların daşındığı və hərbiinfrastrukturların yaradıldığı aşkarlanmışdı.

Beləliklə, Üçtərəfli Bəyanatın kobud şəkildə pozulması,Azərbaycanı beynəlxalq hüququn verdiyi özünümüdafiə hüququndanistifadə edərək bu addımı atmağa məcbur etdi.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində – Qarabağda –uzun illər boyunca fəaliyyət göstərən qeyri-qanuni separatçı rejimölkənin konstitusion sisteminə zidd olaraq özünü idarəedici birsiyasi struktur kimi təqdim etməyə çalışırdı. “Prezident”,“parlament”, “məhkəmə” kimi institutlar yaradırdılar. Bu isəAzərbaycan Respublikasının Konstitusiyası və dövlətçiliyi üçün açıqtəhlükə idi. Belə bir vəziyyətdə dövlətin əsas vəzifəsi öz hüquqisistemini ərazisinin hər yerində təmin etmək idi.

2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələrininQarabağda törətdikləri terror aktı Azərbaycana qarşı aparılanməqsədyönlü və planlı terror siyasətinin davamı idi. Ermənistanordusunun Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrininkəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşaavtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanınpartlaması nəticəsində Azərbaycan Avtomobil Yolları DövlətAgentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülkişəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin DaxiliQoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin dəErmənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarıtərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbiqulluqçularımız həlak oldu və yaralandı. Bütün bu təxribatlarınqarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasınıntəmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşununbərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterrortədbirlərinə başlanıldı.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusununhəyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsindəsuverenliyimizin tam bərpa olundu. Qısamüddətli lokal xarakterliantiterror əməliyyatları nəticəsində düşmənin silah vətexnikalarının böyük hissəsi sıradan çıxarıldı. Cəmi 23 saat 43dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcburoldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiyasülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tamatəşkəs haqqında razılaşma əldə olundu və lokal xarakterliantiterror tədbirləri dayandırıldı.

Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyatnəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütünvəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbətiparlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyitam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyətkəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan RespublikasınınDövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdəəzəmətlə dalğalanmaqdadır.

Məqalədə:
Seçilən
18
3
az.trend.az

4Mənbələr