AZ

Estoniya Rusiya döyüş təyyarələrinin onun hava məkanını pozduğunu açıqlayıb



Estoniya Rusiya döyüş təyyarələrinin 12 dəqiqə ərzində onun hava məkanını pozduğunu açıqlayıb
Estoniyanın ictimai yayımı ERR-nin məlumatına görə, bu gün səhər saatlarında Rusiyanın üç MiQ-31 qırıcısı Estoniyanın hava məkanına soxulub.

Rusiya qırıcıları Vaindloo adası yaxınlığında Estoniya hava məkanında 12 dəqiqə qalıb.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiyanın bu il dörd dəfə Estoniya hava məkanını pozduğunu bəyan edərək, "Bugünkü pozuntu, üç döyüş təyyarəsinin hava məkanımıza daxil olması, görünməmiş bir hadisə idi" dedi.

Tsahkna Rusiyanın öz sərhədlərini sınaqdan keçirmək cəhdlərinə və artan aqressiyasına cavab olaraq siyasi və iqtisadi təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

Estoniya hökuməti Rusiyanın Tallinndəki müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası təqdim edib.


Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Estoniyanın hava məkanının Rusiya təyyarələri tərəfindən pozulduğunu bəyan edərək, bunu son dərəcə təhlükəli təxribat adlandırıb.

ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verdiyi açıqlamada Kallas Estoniyanın hava məkanının Rusiya hərbi təyyarələri tərəfindən pozulduğunu qeyd edərək, bunu “son dərəcə təhlükəli təxribat” adlandırıb.

Aİ-nin Estoniya ilə tam həmrəyliyini vurğulayan Kallas, "Bu, son günlər Aİ-nin hava məkanının üçüncü dəfə pozulmasıdır və regionda gərginliyin daha da artmasına səbəb olur" dedi.

Kallas, "(Rusiya Prezidenti Vladimir) Putin Qərbin qətiyyətini sınayır. Biz zəiflik göstərməməliyik" dedi.

Polşa sentyabrın 9-da Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) onun hava məkanını pozduğunu bildirdi və NATO birgə cavab tədbiri elan etdi. Daha sonra Rumıniyanın hava məkanında Rusiyaya məxsus PUA da aşkarlanıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
24
aia.az

1Mənbələr