AZ

Paşinyanın başına nələr gələcək?

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyanı ölkəni tədricən uçuruma aparmaqda günahlandırıb. O, Paşinyanın devrilməsini qaçılmaz sayır və onun ölkəyə ağır siyasi miras qoyduğunu bildirib.

Milli.Az xəbər verir ki, Ter-Petrosyan bu irsi əsasən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və torpaqların geri qaytarılması ilə bağlı razılaşmalarla əlaqələndirib. O, son dövrlər Ermənistan-Azərbaycan sülh prosesinə qarşı çıxışı və Rusiyanı bu prosesə müdaxiləyə çağırması ilə diqqət çəkir.

1990-cı illərdə işğal zamanı ölkəyə rəhbərlik etmiş sabiq prezident son vaxtlar revanşist fikirlərlə çıxış edir və "Böyük Ermənistan" xülyasını təbliğ edən əsas simalardan biri kimi çıxış edir.

Asya

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
news.milli.az

5Mənbələr