AZ

Yollar dayanıb, ürəyim partlayır

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yollardakı tıxacdan şikayətllənib. 

Axşam.az xəbər verir ki, instaqram səhifəsində canlı yayım açan ifaçı Bakıda ödənişli yolların açılmasını dəstəkləyib:

"Zooparkın yanındayam. Şəhərdə bütün yollar dayanıb, biabırçılıqdır. Evdən çıxanda gedəcəyim ünvana tətbiq 35 dəqiqə göstərirdi, indi isə 45 dəqiqə oldu. Tıxacda ürəyim partlayır. Adam bilmir nə etsin. Təki Bakıda ödənişli yollar açılsın. Bütün günü maşını o zolaqda sürərəm, əziyyət çəkməzdim".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən Bakıda ödənişli hərəkət zonaları yaradılacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
axsam.az

2Mənbələr