Vaşinqton, 19 sentyabr, AZƏRTAC
BMT Təhlükəsizlik Şurasında 2015-ci il nüvə sazişi çərçivəsində ləğv edilmiş İrana qarşı sanksiyaların müvəqqəti bərpası ilə bağlı qətnamə layihəsi üzrə səsvermə keçirilib.
AZƏRTAC-ın məlumatına görə, səsvermədə 4 ölkə lehinə, 9 ölkə əleyhinə səs verib və 2 ölkə bitərəf qalıb. Layihə tələb olunan 9 səsi toplaya bilmədiyi üçün qəbul edilməyib.
Layihə TŞ-nin hazırkı Prezidenti Cənubi Koreya tərəfindən irəli sürülüb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton