“Qarabağ”ın futbolçusu Marko Yankoviç 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
AFN.az-ın xəbərinə görə, bu barədə klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, müayinələrdən sonra futbolçuda əzələ gərilməsi aşkarlanıb və müalicə üçün 6 həftə vaxt tələb olunur.
Qeyd edək ki, “Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi “Benfika” ilə oyunda zədələnərək meydanı tərk etmişdi.