AZ

Trampın helikopteri Britaniyada məcburi eniş edib

ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı Melaniya Londonun Stansted aeroportuna yollanan zaman başqa helikopterə minməli olublar.

Day.Az bu barədə Britaniya KİV-ə istinadən xəbər verir.

Ağ Evin mətbuat katibi Karolin Livitt insidentin helikopterin "hidravlik sistemi ilə bağlı kiçik problemlə" əlaqədar oldğunu bildirib.

 

Helikopter Lutonda məcburi eniş etməli olub. Orada Ağ Ev rəhbərini və birinci xanımı fövqəladə xidmətlər qarşılayıb, lakin hər şey qaydasında olub və heç kim xəsarət almayıb.

Livitt qeyd edib ki, məcburi eniş qərarı "xüsusi ehtiyat tədbiri kimi" qəbul olunub. O əlavə edib ki, insidentdən sonra Amerika prezidenti "uğurla ehtiyat helikopterinə minib" və yolunu Stensted aeroportuna davam etdirib.

Seçilən
18
2
day.az

3Mənbələr