AZ

"Relax"da yoxlama: Maliyyə sanksiyası tətbiq edildi

Lerikdə yerləşən "Relax" İstirahət Mərkəzi yenidən maliyyə sanksiyasına məruz qalıb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Relax Resort And Spa Hotel" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) aparılan operativ vergi nəzarəti zamanı pozuntular aşkarlanıb.

Operativ vergi nəzarəti üzrə - İşlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında - AKT-a əsasən, MMC 3 dəfə 2000 min manat olmaqla, ümumilikdə 6 min manat maliyyə sanksiyasına məruz qalıb.

Həmçinin əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında AKT-a əsasən, 1000 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, "Relax Resort And Spa Hotel" MMC-nin qanuni təmsilçisi İmanov Famil Kamran oğludur. O, Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədovun yaxın qohumudur. Bir vaxtlar İqbal Məmmədova məxsus olan "Relax"ın hazırda icarə əsasında onun ailəsi tərəfindən idarə olunduğu deyilir.

Seçilən
22
10
axar.az

10Mənbələr