Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 19 sentyabr, AZƏRTAC
Formula 1 mənim ən sevdiyim yarışlardan biridir. Bundan həzz alıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İsveçrədən olan turist Roman Sinq Azərbaycanın 9-cı dəfə ev sahibliyi etdiyi Formula 1 yarışı barədə təəssüratlarını bölüşərkən deyib.
O, Azərbaycan Qran-Prisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Düşünürəm ki, burada mənfi nəsə tapmaq çətindir. Azərbaycan xalqı mehriban və qonaqpərvərdir. Bunu insanların üzünə baxanda da bilmək olar. Ölkəniz yarışa çox gözəl hazırlaşıb".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.