AZ

Ağdamda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər. İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Tədbirin əvvəlində Dövlət Himni səsləndirilmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunu darmadağın edərək tarixi Zəfər qazanmasından, 2023-cü il sentyabrın 19-da cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etməsindən, cənab prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamasından bəhs etmişlər.

Seçilən
26
unikal.az

1Mənbələr