AZ

Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq

Avropa İttifaqı (Aİ) Ermənistanın iqtisadi inkişafı üçün 200 milyon avrodan çox vəsait ayıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bu gün İrəvanda Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla birgə mətbuat konfransında bildirib.

"Ermənistan üçün dayanıqlılıq və inkişaf proqramının ikinci mərhələsini başlatdığımızı elan edirəm. Bu o deməkdir ki, Ermənistanda əlaqələrin, dayanıqlılığın və biznesin inkişafına investisiyaların dəstəklənməsinə 200 milyon avrodan çox vəsait yönəldiləcək", - komissar bildirib.

Onun sözlərinə görə, bu proqram Ermənistan üçün böyük əhəmiyyət kəsb edən sahələrdə islahatların dəstəklənməsinə xidmət edir: "Bu səbəbdən biz yüksək səviyyəli konfransa razılıq verdik".

Seçilən
11
3
bakivaxti.az

4Mənbələr