BAKI, 19 sentyabr. TELEQRAF
Avtobuslarda məsafədən asılı olaraq ödəniş sistemi tətbiq edilir.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Fərmanda qeyd edilib.
Sənədə əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin tətbiqi prosesini 2028-ci ilin 1 yanvarınadək başa çatdırmalıdır.