AZ

Əhaliyə ŞAD XƏBƏR – Ucuzluq başlayır…

Payızın gəlişi ilə bazarlarda mövsümi meyvələr özünü göstərsə də, qiymətlər alıcıların cibinə ağır gəlir. Bəzi meyvələrin kilosu 5 manata satılır ki, bu da bir çox ailələr üçün bahadır.
Bəs, bu qiymətlər nə zaman düşəcək? Ümumiyyətlə, payız mövsümündə hansı məhsullarda ucuzlaşma, hansı məhsullarda isə bahalaşma gözlənilir?

Turkustan.az xəbər verir ki, iqtisadçı Akif Nəsirli “yenisabah.az”a açıqlamasında bu barədə danışıb.

“Payızda meyvə-tərəvəz bolluğu artsa da, qiymətlərin dərhal ucuzlaşması həmişə baş vermir. Bunun əsas səbəbləri mövsümün əvvəlində məhsulun hələ tam yetişməməsi, bazara az həcmdə çıxması və idxaldan asılılıqdır”, - deyə o bildirib:

“İndi satışda olan mandarinlərin əksəriyyəti idxaldır (əsasən Türkiyə, Gürcüstan və digər ölkələrdən gəlir). İdxal məhsulu olduğuna görə həm daşınma xərci, həm də valyuta məzənnəsi qiymətə təsir edir. Yerli mandarinin əsas mövsümü oktyabrın sonu – noyabrın əvvəli başlayır. Həmin dövrdə bazara daha çox məhsul çıxacaq və qiymətlərin 5 manatdan enib 2,5–3,5 manat aralığında sabitləşməsi mümkündür”.

Ekspert payız mövsümündə gözlənilənqiymət dinamikası belə açıqlayıb:

Ucuzlaşma ehtimalı olan məhsullar: Mandarin, naringi, portağal, heyva, alma, xurma, nar – çünki bolluq başlayır.

Kartof, soğan, kələm, yerkökü – kənd təsərrüfatı məhsullarının əsas yığım mövsümü olduğu üçün təklif artır.

Bahalaşaması gözlənilən məhsullar:

Pomidor, xiyar, bibər, badımcan – açıq sahə məhsullarının mövsümü bitir, istixana istehsalı başlayır, bu da maya dəyərini artırır.

Üzüm, şaftalı, gilas, ərik kimi yay meyvələri artıq bazardan çəkildiyi üçün qiymət qalxacaq. Taxıl və un məhsulları – dünya bazarında dəyişikliklər və idxaldan asılılıq səbəbilə müəyyən risk qalır.

Qiyməti sabit qala biləcək məhsullar:

Banandan tutmuş digər tropik meyvələrə qədər idxaldan asılı olan məhsullar mövsümi dəyişikliklərdən az təsirlənir, əsasən logistikaya bağlı olaraq bahalaşır və ya sabit qalır.

Yəni, yaxın 1–1,5 ay ərzində sitrus və yerli payız meyvələrinin bolluğu qiymətləri aşağı salacaq. Amma istixana tərəvəzləri və yay meyvələri bahalaşmaqda davam edəcək”.

Seçilən
1
5
turkustan.az

6Mənbələr