AZ

Tbilisi küçələrində daha çox 18 metrlik avtobuslar olacaq

Tbilisi küçələrində daha çox 18 metrlik avtobuslar peyda olacaq.

Qaziler.az bildirir ki, sentyabrın 27-dən etibarən yeni ictimai nəqliyyat tədricən müxtəlif marşrutlar üzrə paylanacaq. Lakin meriyası onların dəqiq harada işləyəcəyini açıqlamayıb.

Öz növbəsində boşaldılmış 10 və 12 metrlik avtobuslar digər marşrut xətlərinə köməklik göstərəcək.

Hazırda Tbilisidə 76 ədəd 18 metrlik avtobus sərnişinlərə xidmət göstərir və onların ümumi sayı 200-ə çatacaq. Onlar 162 sərnişini qəbul edə bilir və 43 yerlikdir. Avtobuslar əlilliyi olan şəxslər üçün nəzərdə tutulansəsli bildiriş sistemi və mobil qurğular üçün enerji doldurma cihazları ilə təchiz olunub.

Layihənin ümumi dəyəri 111,1 milyon avrodur. Bu avtobuslara xidmət göstərmək üçün hava limanının yaxınlığında yeni depo tikilir; işlərin bu ilin sentyabr ayına kimi başa çatdırılması barədə əvvəllər məlumat verilmişdi.

QAZİLER.AZ

Seçilən
4
qaziler.az

1Mənbələr