AZ

"Sabah" "Turan Tovuz"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

Misli Premyer Liqasının 5-ci turunda "Turan Tovuz"u qəbul edəcək "Sabah" oyuna ciddi itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib.

Klub rəsmisi 5 futbolçunun qərb təmsilçisinə qarşı oynamayacağını açıqlayıb: "Cəzalı oyunçu yoxdur. İqor Noqeyra, Cesse Sekidika, Nyeqoş Kupusoviç, Aleksey İsayev və Boyan Letiç zədə səbəbindən meydana çıxa bilməyəcəklər".

Qeyd edək ki, "Sabah" - "Turan Tovuz" matçı sabah keçiriləcək. "Bank Respublika Arena"da reallaşacaq görüşün start fiti 19:30-da səsləndiriləcək.

Nihat
 

Seçilən
2
fanat.az

1Mənbələr