AZ

Parlamentdə qadın qətllərinə görə ömürlük həbs məsələsi qaldırıldı

"Məişət zorakılığı ilə bağlı qanuna dəyişikliyə yenə ehtiyac var. Məişət zorakılığı ilə bağlı qanun yenə müzakirəyə çıxarılsın və aidiyyəti qurumlar burada iştirak eləsinlər”.

Hurriyyet.az xəbər verir ki, bunu deputat Tamam Cəfərova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Qadın qətlləri ilə bağlı məsələni xüsusi vurğulamaq istəyirəm. 2024-cü ilin statistikasına baxdım, 2023-cü ilə nisbətən faiz etibarilə aşağı düşüb. Amma yenə də mətbuatda hər həftə qadınların qətlə yetirilməsinin şahidi oluruq. Çox üzücü haldır ki, onlar həyat yoldaşı, keçmiş ərləri, birlikdə yaşadığı kişilər tərəfindən qətlə yetiriliblər. Biz həmçinin yeniyetmələrin öz anasını qətlə yetirməsinin şahidi olduq. Sonuncu dəfə 14 yaşlı oğlan öz anasının qətlə yetirdiyini məhkəmədə etiraf etdi. Bununla yanaşı, ataların öz qızlarının, qardaşların bacılarını qətlə yetirməsi faktları var. Ona görə də bu məsələ müzakirə olunmalıdır. 

Dünyada belə bir proseslər gedir ki, a. Düşünürəm ki, bu məsələ ilə bağlı ictimai dinləmənin keçirilməsi çox yaxşı olar”, - deputat bildirib.

Seçilən
6
15
hurriyyet.az

10Mənbələr