Bakı. Trend:
Cari ilin ilk 8 ayı ərzində Azərbaycan Respublikası BaşProkurorluğunun və hüquq-mühafizə orqanlarının qərarlarına, DövlətMaliyyə Nəzarəti Xidmətinin iş planına və plandankənar yoxlamalaraəsasən ümumilikdə 85 nəzarət obyektində aparılan nəzarət tədbirləriilə 166,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkaredilib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, həmin vəsaitin dövlət büdcəsinə bərpası iləəlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsindəmüvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquqmühafizə orqanlarına göndərilib.
Müzakirələrdə dövlət vəsaitlərinin təyinatı üzrə səmərəliistifadəsinə nəzarətin gücləndirilməsi, nəzarət tədbirlərininkeyfiyyətinin və şəffaflığının artırılması istiqamətindətədbirlərin davam etdiriləcəyi, nəzarət tədbirlərinin növlərindənbiri kimi təhlil və monitorinqlərin əhatə dairəsiningenişləndiriləcəyi vurğulanıb.