AZ

İrandan üç ölkəyə mesaj: İstənilən ssenariyə hazırıq

BAKI, 19 sentyabr. TELEQRAF

“İran istənilən ssenari ilə üzləşməyə hazırdır və öz addımlarını baş verənlərə uyğun atacaq”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Böyük Britaniya, Fransa və Almaniyanın BMT Təhlükəsizlik Şurasında ölkəsinə qarşı BMT sanksiyalarını bərpa edən “tətik mexanizmi” ilə bağlı təklif etdiyi qətnamə barədə danışarkən deyib.

“İran göstərdi ki, istənilən ssenari ilə üzləşməyə hazırdır və öz davranış, siyasət və hərəkətlərini qarşı tərəflərin hərəkətlərinə uyğun olaraq tənzimləyəcək”, - nazir müavini bildirib.

Qeyd edək ki, Almaniya, Fransa və Böyük Britaniyanın 2015-ci il sazişində nəzərdə tutulan “tətik mexanizmi”ni işə salmasından sonra BMT Təhlükəsizlik Şurası bu gün İrana qarşı nüvə proqramına görə sanksiyaların bərpası üçün səsvermə keçirəcək. Avqustun sonunda adları çəkilən üç ölkə Tehrana qarşı “tətik mexanizmi”ni işə salıb.

Seçilən
1
2
teleqraf.com

3Mənbələr