AZ

Yankoviç 6 həftə oynaya bilməyəcək

"Qarabağ"ın zədəli futbolçusu Marko Yankoviçin durumu ciddidir.

Adalet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

“Marko Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə belə idi ki, bu, əzələ spazmasıdır. Yəni “Benfika” ilə oyunda belə bir ehtimal var idi. MRT müayinəsindən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Yankoviçin komandaya qayıtması təxminən 6 həftə çəkəcək" - deyə klub rəsmisi bildirib.

Bu isə o deməkdir ki, monteneqrolu yarımmüdafiəçi Çempionlar Liqasında oktyabrın 1-də "Kopenhagen" (Danimarka) və oktyabrın 22-də "Atletik"lə (İspaniya) keçiriləcək oyunları buraxacaq.

Seçilən
1
5
adalet.az

8Mənbələr