AZ

Tələbələr skuterlə gedib gəlsin, elə də baha deyil Deputat

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Gənclər və tələbələr skuterlərdən istifadə etməlidir”.Bunu Demokrat.az-a açıqlamasında şəhərdəki sıxlıqdan və tıxaclardan danışan deputat Aydın Hüseynov deyib. O bildirib ki, dərslər başladıqdan sonra şəhərdə tıxaclar daha da artır:“Yollarda xeyli müddətdir velosiped zolaqları mövcuddur. Mən düşünürəm ki, əslində biz gənclərimizi, tələbələrimizi o velosiped yollarından istifadəyə öyrətməliyik. Qoy gənclərimiz velosipedlərdən, skuterlərdən istifadə etsinlər, elə də baha deyil, nümunə olsunlar.Ümumilikdə isə velosiped zolaqlarının, avtobus yollarının olması daha məqsədəuyğundur, nəinki velosiped zolaqlarının məhdudlaşdırılması. Avtobus yollarının ayrı olması, onların sayının artırılması daha yaxşı olar. Bu, tələbələr üçün daha əlverişlidir”.Cavidan Mirzəzadə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
4
demokrat.az

5Mənbələr